RU

“Sabah” Jarl Marqaritanı qovub? – məşqçinin iddiasına RƏSMİ MÜNASİBƏT

“Sabah”ın məşqçisi Saşa Sablyakın “cityportal.hr” nəşrinə müsahibəsindən xəbərdarsız.

Xorvatiyalı mütəxəssis burda bir çox məqama toxunmuşdusa, futbolçu Jarl Marqaritanın qeyri-etik davranışlar üzündən komandadan uzaqlaşdırıldığını demişdi.

Görəsən, “bayquşlar” həqiqətən Marqaritanı qovub? Ayrılıq gerçəkləşibsə, klub bunu niyə açıqlamır?
“Sabah”ın bu barədə mövqeyini öyrənmək məqsədilə mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Mövsümün gedişində komandanın müxtəlif üzvləri istər davranış, istərsə də idman formasıyla bağlı əvəzedici komandaya göndərilə bilər. Futbolçuların davranışı klubdaxili məcəllə ilə tənzimlənir.Marqaritanın klubla müqaviləsi var. Hazırda da “Sabah”ın üzvüdü”.

Qeyd edək ki, Jarl Marqarita ötən mövsümün əvvəlindən “bayquşlar”ın heyətində çıxış edir. Onun Masazır təmsilçisiylə müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçu əvəzedicilər liqasının 35-36-cı turlarında forma geyib.

KƏNAN BAHADIR
Избранный
126
football-plus.az

1Источники