Güclü külək Gədəbəy rayonunun əksər hissəsini işıqsız qoyub.
Bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib.Bildirilib ki, rayon mərkəzi də daxil olmaqla əksər kəndlər işıqsız qalıb.Buna səbəb kimi rayona gedən yüksək gərginlikli elektrik xəttində və kəndlərə gedən elektrik naqillərində yaranan problem olub.