RU

QMİ: Həcc ziyarətində vəfat edənlər ziyarətə qeyri-qanuni gələnlərdir

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i ötüb, əksər zəvvar Məkkə şəhərində ekstremal isti hava şəraiti səbəbindən həyatını itirib.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki,
Həcc ziyarətində vəfat edənlər ziyarətə qeyri-qanuni gələnlərdir:

"Biz Həcc ziyarətinə göndərdiyimiz zəvvarların təyyarə, yemək, su, nəqliyyat, kondisioner və digər xərclərini həll edirik. Qeyri-qanuni gələnlər isə hara getsələr, piyada gəzməli olurlar, gün vurur, ac-susuz qalırlar və belə hallar yaşanır. Eyni zamanda, qeyd edim ki, bu il havanın temperaturu daha da istidir. Ziyarət zamanı hər il temperatur 42-43 dərəcə olurdusa, bu il 48 dərəcə müşahidə olunur. Günəşdə temperatur 50 dərəcə çatır. Bizim zəvvarların bütün ehtiyacları qarşılanır. Qeyd edim ki, bizim zəvvarların vəziyyəti yaxşıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
9
apa.az

10Источники