RU

Erməni səfir ABŞ-ı təhdid edir

Erməni

Tbilisi, 20 iyun, AZƏRTAC

ABŞ-da hakim partiyanın nümayəndələri öz namizədləri Co Baydeni prezident kürsüsündən uzaqlaşdırılması üçün əsas yaradırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə erməni səfir, “Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Dzyunik Ağacanyan sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, ABŞ Prezidentinin hazırkı administrasiyası “biznes” məntiqinə uyğun hərəkət edir, Amerikanın siyasi arenasının tələblərinin dəyişdiyini dərk etmir. Vətəndaş müharibəsinin astanasında olan Amerika ictimaiyyəti isə real dəyişikliklər istəyir. Baydenin səhhətinə görə de-fakto hakimiyyəti həyata keçirə bilməməsi nəticəsində mövcud riskləri yaxşı bilən, prosesləri sürətləndirən, əvvəlcədən planlaşdırılmış ssenariləri həyata keçirməklə seçkilərdə səs toplamaq, müəyyən uğurlar əldə etmək ümidi ilə ikinci dərəcəli aktyorlar ön plana çıxıblar.

Xanım siyasətçi deyir ki, bu, Amerikanın yüksək rütbəli rəsmilərinin Ermənistana səfərlərinin paradı və erməni icması ilə əlaqələrdən istifadə etmək cəhdləri, ABŞ-ın qeyri-şərtsiz və səmimi dəstəyi illüziyası yaratmaq cəhdləri ilə əlaqədardır. “Amerika tərəfi marionet Avropa liderlərinin sayının sürətlə azalmasını və bunun da öz hegemon maraqlarının təmin edilməsini və bütün “dünya ictimaiyyətinin” təmsil etdiyi proqramların həyata keçirilməsini xeyli çətinləşdirəcəyini yaxşı başa düşərək öz planının reallaşmasını sürətləndirir”, – deyə səfir yazıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
1
azertag.az

2Источники