RU

"Ermənistan Avropa İttifaqı ilə tərəfdaşlığı dərinləşdirir"- Ararat Mirzoyan

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Litvanın Xarici İşlər Naziri Qabrielius Landsbergis ilə birgə mətbuat konfransı zamanı bəyan edib ki, ölkənin son dövrlərdə üzləşdiyi bütün çətin vəziyyətlərə baxmayaraq, hökumət bütün lazımi tədbirləri görüb.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

"Biz çox şadıq ki, mühüm irəliləyiş əldə edə bilmişik, lakin biz həm də başa düşürük ki, bu, tərəfdaşlarımızın - ABŞ, Avropa İttifaqı və onun üzv dövlətlərinin, o cümlədən Litvanın davamlı dəstəyi sayəsində mümkün olub", - Mirzoyan bildirib.
O əlavə edib ki, Ermənistan hazırda Avropa İttifaqı ilə tərəfdaşlığını dərinləşdirir, Ermənistanın dayanıqlığının artırılması layihələri və yeni tərəfdaşlıq gündəliyi üzərində işləyir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
big.az

1Источники