RU

Azərbaycan klubu dördüncü legioneri də yola saldı

“Sabah” növbəti mövsümün hazırlığına start verib.

Davit Volkovla Kristian Sebalyosun ayrılığını anons edən klubun Emanuel Apehi də yola salacağı böyük ölçüdə dəqiqləşib.

Göndərilən növbəti futbolçu da legionerdir.

“Tələbələr” Kristan da Silva ilə başa çatan müqaviləni yeniləməyəcək. Dayaq yarımmüdafiəçisinin Bakıdakı toplanışa qoşulmaması da buna görədir.

35 yaşlı braziliyalı əvvəlkitək effektli olmadığından, onun mövqeyinə daha gənc və işgüzar futbolçunun cəlb olunması nəzərdə tutulub.

2021-ci ildə “Sabah”ın şərəfini qorumuş Kristan bu müddətdə meydana çıxdığı 72 oyunda 4 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
sportinfo.az

1Источники