Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün qrup mərhələsində II turun oyunları keçirilir.C qrupunda iki qarşılaşma baş tucaq. Günün ilk görüşündə Sloveniya Serbiya ilə qarşılaşacaq. Daha sonra Danimarka ilə İngiltərə yığmaları meydana çıxacaqlar.
Günün son matçında isə B qrupunda İspaniya – İtaliya görüşü keçiriləcək.
AVRO-2024
20 iyun
II tur
C Qrupu
Sloveniya – Serbiya - 1:1
Qollar: Karniçnik, 69 // Loviç, 90+6
“Allianz Arena”
20:00. Danimarka – İngiltərə
“Deutshe Bank Park”
B Qrupu
23:00. İspaniya – İtaliya
“Veltins Arena”