Bakı, 20 iyun, AZƏRTAC
Malayziyanın Təhsil Nazirliyi 2024-2025-ci tədris ilində xarici tələbələrə bu ölkədə təhsil almaq imkanı təklif edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ali təhsilin magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.
Təqaüd proqramına müraciətlər iyunun 26-dək davam edir. Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.