ABŞ lideri Co Baydenin Ukraynadakı münaqişə ilə bağlı Kiyevə hərbi dəstəyin davam etdirilməsindən başqa heç bir strategiyası yoxdur.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu konqresmen Mike Valtz deyib.
Fox News-a müsahibə verən konqresmenin sözlərinə görə, Bayden administrasiyasının Ukraynaya yardımın mümkün qədər uzun müddət davam etdirilməsinə dair bəyanatlardan başqa heç bir bəyan edilmiş strategiya və ya məqsəd yoxdur. Bu mövqe ABŞ-ın özündə böyük məyusluğa səbəb olan strategiya deyil, şüardır.
Onun fikrincə, Vaşinqton Kiyevə qeyri-məhdud yardımla “açıq çeklər yazmaq” əvəzinə diplomatik və ya iqtisadi həll yolu axtarmalıdır.