RU

Ağdamın 3 kəndinə yeni elektrik xətlərinin çəkilişi nəzərdə tutulub – FOTO

Ağdamda yeni elektrik şəbəkəsi qurulur.

ASC-dən Doğru.az-a bildirilib ki, Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə Ağdam şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.

Hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib. İşlərə cəlb edilən əməkdaşların əksəriyyəti Ağdam sakinləridir.

Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi Şəhərsalma Planına əsasən aparılır.

DOĞRU.AZ

image-17188684971181532157_1200x630 image-1718868497713512515_1200x630 image-1718868497257917452_1200x630

Избранный
59
39
dogru.az

10Источники