RU

Fransa tarixinin yadda qalacaq ən bərbad hakimiyyəti Makron hakimiyyətidir- ÖZƏL

"Cənubi Qafqazda münasibətlərin normallaşmasına Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına real şərtlərin formalaşdığı indiki dövrdə Fransanın sərgilədiyi mövqe çox təəssüf ki, sülh prosesinə ən başlıca təhdidlərdən biri kimi qiymətləndirilməlidir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib:

"Xüsusilə Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdikdən sonra Fransanın bu reallıqları qəbul etmək istəməməsi mümkün imkanlardan istifadə edərək, yeni şərtlər formalaşdıraraq Ermənistanla Azərbaycan arasında bu şərtlərə uyğun münasibətlərin qurulmasına, Cənubi Qafqazda özünün çirkin maraqlarını təmin etməyə imkan verən şərtlərin reallaşmasına çalışan Fransa son dövrlər, xüsusilə Ermənistanı silahlandırmaq, bununla yeni eskalasiyaya xidmət edən davranışlar nümayiş etdirir. Sülhdən, demokratiyadan, insan hüquq və azadlıqlarından, beynəlxalq hüququn prinsiplərindən ağız dolusu danışan Fransa çox təəssüf ki, dünyanın bir çox bölgələrində olduğu kimi Cənubi Qafqazda da destruktiv və pozucu fəaliyyətlə məşğuldur. Son günlər Ermənistanla imsalanmış razılaşmalara əsasən Fransanın Ermənistana öldürücü və ağır silahlar tədarük etməsi açıq şəkildə Ermənistanın müdafiə silahları ilə deyil, məhz hücum silahları ilə təmin olunmasını özündə əks etdirir. Bu isə o deməkdir ki, Fransa Ermənistanı növbəti dəfə Cənubi Qafqazda münaqişəyə, müharibəyə təhrik edir. Sahib olduğu mövqelərdən, imkanlardan məhz Cənubi Qafqazda münaqişə ocağı, yeni konfrantasiya mühiti formalaşdırmaq üçün istifadə etdiyi görünür. Bu təbii ki, Fransa dövlətinin neoimperial siyasəti, eyni zamanda Makron hakimiyyətinin yarıtmaz fəaliyyəti və neokolonial siyasətinin davamıdır. Dünyanın bir sıra bölgələrində ciddi mövqe itkiləri ilə üzləşən Fransanın Cənubi Qafqazda əks həmlə edərək öz mövqelərini genişləndirmək və bölgəni özünün təsir dairəsinə salmaq cəhdi kimi qiymətləndirilməlidir. Burada Fransanı ittiham etməklə yanaşı, həm də Fransanın əlaltısı olmağa hazır olan Ermənistanı və Ermənistanın hazırki hərbi siyasi rəhbərliyini də qeyd etmək lazımdır. Çünki məhz Fransanın belə pozucu, dağıdıcı fəaliyyətinə dəstək Cənubi Qafqazda yalnız Ermənistan dövləti və Ermənistan hakimiyyəti tərəfindən nümayiş olunur. Məhz Ermənistan hakimiyyəti sülh razılaşmasına hazır olmaqla bağlı bəyanatlar verməklə paralel şəkildə Ermənistanın silahlandırılması, Azərbaycan Ermənistan sərhədində müxtəlif vaxtlarda təxribatların törədilməsi sülh prosesinə yaranmış inama böyük zərbə vurmaqla yanaşı, həm də havadarının birbaşa sifarişini yerinə yetirdiyini göstərir. Bildiyiniz kimi Fransanın dünyanın bir çox bölgələrində neokolonial siyasətinə, imperiya maraqlarına, eləcə də Cənubi Qafqazdakı pozucu fəaliyyətinə qarşı Azərbaycan dövləti özünün qətiyyətli və dönməz mövqeyini ifadə edibdir. Bu yanaşma Fransa tərəfindən, xüsusilə Azərbaycanın ortaya qoyduğu iradəylə dünyanın bir çox bölgələrində azadlıq uğrunda mübarizə aparan xalqlara nümunəyə çevrilməsi Fransa kimi dövlətlər tərəfindən xoş qarşılanmır. Məhz Azərbaycanın belə müstəqil iradə nümayiş etdirməsi, müstəqil xarici siyasət yeritməsi Fransa tərəfindən çox ciddi reaksiyalarla qarşı-qarşıyadır.  Bu cəhdlərdən ən başlıcası da Ermənistan kimi oyuncaq olmağa hazır olan dövlətlər üzərindən bölgə dövlətlərinə, xüsusilə də Azərbaycana qarşı əks hücumların həyata keçirilməsi planlarıdır. Hesab edirəm ki, artıq həm Avropa Parlamentində keçirilən seçkilərdə, həm də bu ayın sonunda Fransa Milli Assambleyasında keçirilən seçkilərdə Fransa seçicisi Makron və onun yarıtmaz siyasəti və komandasına mövqeyini ortaya qoyub və bir daha qoyacaq. Bununla da Makron kimi yarıtmaz, hikkə və zərərli prinsiplər üzərindən dövlət siyasəti həyata keçirməyə çalışan şəxslərə özünün qətiyyətli mövqeyini ifadə edəcəkdir. Bununla da Fransa dövləti və xalqı Makron siyasətinin əsiri, girovu olmadığını göstərmiş olacaqdır. Fransa tarixinin ən bərbad hakimiyyəti kimi yadda qalacaq Makron hakimiyyəti tarixin səhifəsindən silinmiş olacaq. Bu müəyyən mənada dünyanın bir çox bölgələri ilə yanaşı Cənubi Qafqazda da sülhün təmin olunması istiqamətində cəhdlərə, gərgin addımlara müəyyən bir stimul vermiş olacaqdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
96
39
olaylar.az

10Источники