RU

Azərbaycan millisindən FİFA reytinqində irəliləyiş

Milli komandaların yeni dünya reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, FİFA-nın tərtib etdiyi siyahıda Azərbaycan millisinin də mövqeyi bəlli olub. Aktivində 1179.88 xal olan yığmamız hazırda 111-ci sıradadı. Milli komandamız son reytinqlə müqayisədə 1 pillə irəliləyib. İyunda iki yoldaşlıq oyunu keçirən Azərbaycan yığması bu görüşlərdə Albaniyaya 1:3 hesabı ilə uduzub, Qazaxıstana isə 3:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, reytinq cədvəlinə Argentina başçılıq edir. Son dünya çempionunun aktivində 1860.14 xal var. Fransa ikinci (1837.47), Belçika isə üçüncüdür (1797.98).

Избранный
32
matc.az

1Источники