Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsi Moskvanın ATƏT-in Parlament Assambleyasındakı işinin dayandırılması haqqında sənəd hazırlayır.
Publika.az xəbər verir ki, Rusiya Dumasının sədri Vyaçeslav Volodin bu barədə tapşırıq verib.
O, Rusiyanın öz mövqeyini ATƏT PA-da ifadə etməsinə izn verilməməsi ilə barışmayacağını bildirib.
Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy isə deyib ki, burada dialoq yoxdur və bütün diskussiyalar rusofob xarakter daşıyır.