RU

Marko Rossi: “Almaniyaya uduzmaq qəbahət sayılmamalıdır”

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında açıqlama verib. Matc.az xəbər verir ki, 59 yaşlı mütəxəssis oyun ərzində bir çox səhvlərə yol verdiklərini söyləyib: “Futbol səhvsiz olmur, biz də Almaniya ilə matçda bunu etdik. Almaniya kimi yığma komandalar çox güclü oyun sərgiləyirlər. Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır. Onların dünya səviyyəli futbolçuları var. Bizim də oyun boyu şanslarımız oldu, lakin yararlana bilmədik. Almaniya bu turnirin ən böyük favoritidir”. Qeyd edək ki, A qrupunun matçında Macarıstan Almaniya yığmasına 0:2 hesabı ilə məğlub olub.    

Избранный
68
5
matc.az

6Источники