RU

Elnurə Məmmədova Kazanda qızıl medal qazandı

Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu gün qadın güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.


Müəllif: Teleqraf.com
Избранный
55
10
teleqraf.com

10Источники