RU

Sabunçuda 43 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Ağasiyeva Aygün Sultanəhməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Избранный
100
50
avtosfer.az

10Источники