Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) qarşıdan gələn növbəti, 2024/2025-ci illər mövsümünün oyun təqvimi müəyyənləşib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi sayıtna istinadən məlumat verir.
Premyer Liqada 2024/2025 mövsümü avqustun 16-da “Mançester Yunayted” – “Fulhem” oyunu ilə başlayacaq. Sonuncu, 38-ci tur isə 2025-ci ilin may ayının 25-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
1-ci tur
16 avqust
“Mançester Yunayted” – “Fulhem”
17 avqust
“İpsviç Taun” – “Liverpul”
“Arsenal” – “Vulverhempton”
“Everton” – “Brayton”
“Nyukasl” – “Sauthempton”
“Nottingem Forest” – “Bornmut”
“Vest Hem” – “Aston Villa”
18 avqust
“Brentford” – “Kristal Palas”
“Çelsi” – “Mançester Siti”
19 avqust
“Lester Siti” – “Tottenhem”