RU

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb

Image

Bakıda COP-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb. Trend-in məlumatına görə, sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Qeyd edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib ki, COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib. Azərbaycanın bu tədbirə ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

O qeyd edib ki, iqlim dəyişikliyi insan sağlamlığına ciddi təsir edir.

“İqlim dəyişikliyinin təsirləri getdikcə artır. Biz daha dayanıqlı gələcək üçün çalışmalıyıq”, - deyə o əlavə edib.

Nazir5 müavini bildirib ki, COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnoz vermək tezdir.

"Təşkilati məsələlər və hazırlıqlar vaxt cədvəlinə uyğun olaraq qaydasında gedir. Bütün işləri vaxtında çatdıracağıq", - deyə o əlavə edib.

COP29 ərəfəsində quru sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən nazir müavini bu məsələ ilə bağlı münasib bildirməyin Nazirlər Kabinetinin səlahiyyətində olduğunu diqqətə çatdırıb.

COP28-in sədri Məcid Əl Suvaidi bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr birgə çalışmalı, həmrəylik etməlidir.

O qeyd edib ki, səhiyyə sahəsində maliyyələşmənin həyata keçməsi vacib əhəmiyyət daşıyır. “Bunu üçün biz birgə çalışmalıyıq”, - deyə o əlavə edib.

“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis deyib ki, iqlim dəyişikliyinin qarşısının alınması üçün birgə addımlar atılmalı, bu sahəyə investisiya ayırılmalıdır.

O qeyd edib ki, bu gün dünyada 3 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir.

“İqlim dəyişikliyi bütün sahələrə mənfi təsir göstərir".

O bildirib ki, bunun qarşısının alınması üçün birgə addımlar atılmalıdır:

“Bu sahəyə investisiya ayırılmalıdır. Həmçinin, BMT üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməlidir”, - deyə o əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Sammitin iştirakçılarına videomüraciətində deyib:

"Biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Səhiyyə mövzusunun COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm".

O qeyd edib ki, iqlim dəyişikliyi getdikcə daha da dərinləşir.

“Birgə fəaliyyət olmasa, iqlim dəyişikliyi daha da geniş vüsət alacaq və ölkələrə ciddi təsir edəcək. Birgə fəaliyyət ilə iqlim dəyişikliyinə qarşı effektiv mübarizə apara bilərik”, - deyə o əlavə edib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
baki-xeber.com

1Источники