AVRO-2024-də iştirak edən Şotlandiya yığmasının müdafiəçisi Rayan Porteus cəzalandırılıb. Matc.az xəbər verir ki, Porteus iki oyunluq diskvalifikasiya edilib. Buna futbolçunun AVRO-2024-ün açılış matçında Almaniyaya ilə matçda (1:5) İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi səbəb olub. Həmin hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə oyundan uzaqlaşdırılan Porteus, həmçinin Şotlandiyanın qapısına penalti təyin edilməsinə səbəb olub. Qeyd edək ki, Almaniya - Şotlandiya matçı Bundestimin 5:1 hesablı qələbəsi ilə nəticələnib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта