RU

Veteranlar məşhur müğənninin villasını sanatoriyaya çevirmək istəyirlər

“Rusiya Veteranları” hərəkatının fəalları maraqlı təklif irəli sürüblər. Shot Telegram kanalının yaydığı məlumata görə, onlar Sofia Rotarunun Krımdakı villası Ukrayna müharibsində iştirak etmiş əsgərlərin reabilitasiyası və müalicəsi üçün hospitala, sanatoriyaya çevrilməsini təklif ediblər.

Qeyd olunur ki, fəallar baş prokuror İqor Krasnova müraciət edərək qurumun ulduz müğənninin ​​daşınmaz əmlakını məhkəmə yolu ilə müsadirə etməsiniı tələb ediblər. Rusiya veteranlarının fikrincə Rotaru binanı qanunu pozaraq əldə edib. Onlar iddia ediblər ki, müğənni mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələrinə yardım üçün pul da göndərir.

Qeyd edək ki, Rotaru SSRİ, Rusiya, Ukrayna və Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisasıdır.

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
news365.az

1Источники