RU

Futbol tarixində 3-cü

Fransa millisi Didye Deşamın rəhbərliyi altında 100-cü qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, “üçrənglilər” AVRO-2024-ün ilk turunda Avstriyanı 1:0 hesabı ilə məğlub edib.

Deşam Fransa yığmasındakı 154-cü matçında “100”ə çatıb. O, futbol tarixinə eyni yığmada 100 və daha çox qələbə qazanan 3-cü baş məşqçi kimi düşüb.

Rekord Yoahim Lövə məxsusdur. O, Almaniya millisini 122 qələbəyə daşıyıb. Oskar Tabares Uuqvay yığması ilə 104 uğura sevinib.

Qeyd edək ki, Löv 196, Tabares 221 matçda bunu bacarıb.

İdman.biz

Məqalədə:
Избранный
129
idman.biz

1Источники