RU

Dünya85 yaşlı aktyor teatr tamaşasında yıxıldı - Xəstəxanaya yerləşdirildi - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Tanınmış aktyor İan Makkellen xəstəxanalıq olub.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Player Kings" tamaşasında oynayarkən  səhnədən yıxılıb və yaralanıb.

Aktyor döyüş səhnəsi zamanı müvazinətini itirib.

Teatrdakıların köməyi ilə təcili olaraq xəstəxanaya aparılan Makkellenin səhhəti ilə bağlı hələ ki, açıqlama verilməyib.

Xatırladaq ki, 85 yaşlı İan "The Lord of the Rings" adlı ekran işi ilə məşhurlaşıb.

30-dan artıq filmdə müxtəlif obrazlar yaradıb.

1991-ci ildə isə kino və teatr sənətinə verdiyi töhfələrə görə "Cəngavər" tituluna layiq görülüb.

Far.Az QALEREYA

Избранный
136
far.az

1Источники