“Bizimlə müqayisədə Fransanın qol şansları daha çox idi. Etiraf etməliyik ki, rəqib layiqli qələbə qazandı”. Matc.az xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-də Fransaya 0:1 hesabı ilə məğlubiyyətdən sonra deyib. O, komandasının sonadək mübarizə apardağını qeyd edib. Ranqnik Avstriya millisinin heyətində xüsusilə qapıçının çıxışını vurğulayıb: “Patrik Penz bu gün əla iş gördü. Komandamı qınamıram, futbolçular əllərindən gələni etdilər. Amma bəzi epizodlarda düzgün qərarlar vermədilər. Rəqibin Fransa olduğunu da unutmamalıyıq". Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта