RU

“Rosoboroneksport” hərbi dəniz məhsullarını FLEET-2024 sərgisində nümayiş etdirəcək

Rusiyanın “Rosoboroneksport” şirkəti 19-23 iyun tarixlərində Sankt-Peterburq şəhərində keçiriləcək FLEET-2024 sərgisində hərbi dəniz məhsullarını nümayiş etdirəcək.

Bu barədə “Poliqon” “Rosoboroneksport”un mətbuat xidmətinə istinadən xəbər verib.

Sərgi ilə bağlı fikirlərini bölüşən “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, müasir dövrdə pilotsuz sistemlərin əhəmiyyətindən danışıb: “Hərbi və antiterror əməliyyatlarının planlaşdırılması və aparılmasında pilotsuz texnologiyalardan istifadə tendensiyası bu gün suüstü və sualtı da daxil olmaqla bütün mühitlərə təsir göstərmişdir. Qlobal tendensiyaları izləyən Rusiya müəssisələri müxtəlif faydalı yükləri daşımağa qadir olan müasir insansız qayıqlar yaratdılar ki, bu da “Rosoboroneksport” tərəfindən ilk dəfə olaraq FLEET-2024 sərgisində təqdim olunacaq.

Biz xarici tərəfdaşlara inteqrasiya edilmiş insansız qayıqlar və avtonom nəqliyyat vasitələri ilə şəbəkə mərkəzli sistemlərin qurulmasında, habelə Rusiyanın robot sistemlərindən istifadə edərək görmə xəttindən uzaqda əməliyyatların aparılması konsepsiyasının tətbiqində əməkdaşlıq təklif edəcəyik”.

“Rosoboroneksport” şirkəti sərgidə “Vizir”, “Orkan”, BEC-1000 insansız katerlərini və MMT-300 avtonom platformasını ilk dəfə nümayiş etdirəcək. Bundan əlavə, ziyarətçilər Rusiya istehsalı olan müxtəlif müasir dəniz silahları və sahil kompleksləri, o cümlədən sahil raket sistemləri ilə tanış ola biləcəklər.

FLEET-2024-də “Rosoboroneksport” tərəfindən nümayiş olunacaq digər məhsullar:

“Rubej-ME” sahil raket kompleksi

“Klavesin-1RE” avtonom sualtı platforması

“MF RLC Zaslon” radiolokasiya kompleksi ilə təchiz edilmiş ixracyönümlü “Tiger” korveti

“Karakurt-E” korveti

“Tornado” kiçik raket gəmisi

Layihə 11711-in iri desant gəmisi

BK-16E və BK-10 katerləri

Layihə 636 və “Amur-1650” sualtı qayıqları və s.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
poliqon.az

1Источники