Qubada minim avtomobili yanıb.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə gecə saatlarında Qrız Dəhnə kəndində qeydə alınıb. "KİA" markalı minik avtomobili alışıb. Əraziya FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb.