RU

Rusiya aktivlərinin ələ keçirilməsi oğurluq hesab edilir

Rusiyanın Qərbdəki aktivlərinə həbs qoyulması beynəlxalq hüquq normalarına uyğun gəlmir. Sonda bu səbəbə görə dünya valyutalarına və institutlarına inam yoxa çıxacaq. Bütün bunları Mali xarici işlər naziri Abdoulaye Diop bildirib. Məlumatı RİA Novosti paylaşıb.

Xəbərdə deyilir ki, Mali istənilən maliyyə və iqtisadi sanksiyaların əleyhinədir. Diplomatın sözlərinə görə, Rusiya aktivlərinin həbsi beynəlxalq hüquq normalarına uyğun gəlmir.

“Bu presedent çoxtərəfli institutlara və hətta beynəlxalq miqyasda dominant valyutalara olan inamı sarsıda bilər”, deyə açıqlamada vurğulayıb.

Xatırladaq ki, məsələ ilə bağlı bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərinin oğurluq olduğunu və cəzasız qalmayacağını bildirmişdi…

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
oxumeni.az

1Источники