RU

MBA-da çempion məlum oldu

Bu gecə keçirilən oyundan sonra MBA-da çempion bəlli olub. Seiyanın 5-ci oyununda qələbə qazanan “Boston Seltiks” tarixində 18-ci dəfə çempion olub.

Oyunun ilk dəqiqələrindən meydan sahiblərinin məsələnin daha çox uzadılmasında istəkli olmadıqlarını nümayiş etdiriblər. İlk period 28:18 hesabı ilə başa çatıb. İkinci periodda da “Maveriks”in acizliyi davam edib. Bununla da fasiləyə qədər “Seltiks” fərqi 21 xala çatdırıb. Son periodlarda bərabər oyun getsə də, bu, ümumilikdə heç nəyi dəyişməyib və “Boston Seltiks” 106:88 hesabı ilə qələbə qazanıb.

Ceyson Teytum oyunu 31 xalla başa vurub. Qonaq komandanın lideri Luka Donçiçin aktivində 28 xal var.

Bu qələbə nəticəsində seriyada ümumi hesab 4:1 olub. Qeyd edək ki, komandanın çalışdırıcısı Co Mazualla 1969-cu ildən bəri çempion olan ən gənc baş məşqçi kimi tarixə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
futbolinfo.az

1Источники