RU

Ekvadorda torpaq sürüşməsi - Ölənlər var

Bakı.TurkicWorld :

Ekvadorun Banos şəhərində baş verən sel torpaq sürüşməsinə səbəb olub.

TurkicWorld xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində yeddi nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Ölənlərdən beşinin bir ailənin üzvü olduğu qeyd olunub.

Xilasedicilər ərazidə axtarış aparırlar. 17 nəfərin taleyi barədə hələlik məlumat yoxdur.

Səlahiyyətlilərin məlumatına görə, sel və daşqına səbəb olan yağış ölkənin 24 vilayətindən 10-na təsir edib.

Избранный
56
4
turkic.world

6Источники