RU

AVRO-2024: Türkiyə Gürcüstanla üz-üzə, Portuqaliyanın ilk sınağı - YENİLƏNİR

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki oyun baş tutacaq. Hər iki matç F qrupunda keçiriləcək. Əvvəlcə qardaş Türkiyə yığması ilə qonşumuz Gürcüstanın milli komandası üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Günün ikinci matçı isə Portuqaliya və Çexiya yığmaları arasında keçiriləcək. Oyun saat 23:00-da başlanacaq.   AVRO-2024 17 iyun F qrupu 20:00. Türkiyə - Gürcüstan Baş hakim: Fakundo Telyo (Argentina) Dortmund. "Siqnal İduna Park" stadionu 23:00. Portuqaliya - Çex Respublikası Baş hakim: Marko Quida (İtaliya) Leyptsiq. "Red Bull Arena"

Избранный
137
3
matc.az

10Источники