Manset.az bildirir ki, bugünkü oyun günündə Gürcüstan Türkiyə, Portuqaliya isə Çexiya ilə üz-üzə gələcək. Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə əldə edən Gürcüstan seçməsi bu görüşdə qələbə qazanaraq turnirə uğurlu start vermək niyyətindədir. Ancaq Türkiyə millisi ilə görüşdə bu nəticə olduqca aşağı ehtimal olaraq qiymətləndirilir. Təkcə qrupun deyil, ümumiyyətlə, turnirin də favoriti hesab olunan Portuqaliyanın isə Çexiya ilə görüşdə üstün tərəf olması gözlənilir. 18 iyun F qrupu Türkiyə-Gürcüstan Saat 20:00 - "Signal İduna Park" Portuqaliya-Çexiya
Saat 23:00 - "Red Bull Arena"