RU

"Abdulla Tağıyev vəzifəsindən azad olunmalıdır..." - Qeyd olunanlar təsdiqini taparsa...

"Abdulla"Hələ də həllini tapmayan problemin müvafiq qurumlar tərəfindən araşdırılmasına, dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur. Qeyd olunanlar təsdiqini taparsa, bu halda SOCAR Perolium (rəhbəri cənab Abdulla Tağıyev) tərəfindən ARƏM Maddə 207. (Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik),Maddə 209. (Əməyin mühafizəsinin əsas prinsipləri),Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) ,Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulduğu üçün sahə üzrə məsul şəxs(şəxslər) ARƏM maddə 310 (Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən cəzalanmalıdır". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib."Şikayət gecə 23.39.-da daxil olub" deyə qaldırdığı problemlə bağlı mövqeyini paylaşan M.Qəhrəmanlı daha sonra davam edir: "Düzdür, işçi şikayəti yazarkən ünvanı düz seçməyib. Yəni şirkət rəhbəri cənab Abdulla Tağıyevin səlahiyyətlərinə aid olan məsuliyyəti, problem həllini məndən xahiş edir. Problem mövcudluğu, bu halda qanun pozuntusunun məsuliyyəti haqda bir həftə əvvəl də yazmışdım. Cənab sahə üzrə məsul şəxslər! Özünüz 15 gün gecə-gündüz yanacaq məntəqəsində yaşaya bilərsiniz? Qətiyyən. Bəs bu işçilər?***Şikayətçi yazır: "Müəllim burda leysan yağışları, qorxulu ildırımlar çaxır. Tək, bir nəfərəm. Burda işçi sayını iki nəfər edin ki, gecə biz də istirahət edək, ikimiz də ayda 600 manat alaq... amma rahat olaq. Gecə satış... səhər satış... Şahdağda iki maşın artıq olan kimi kömək-zad gönderirsiz. Xahis edirəm, "Azpetrol"da tətbiq olunan sistemdən istifadə edin. Növbəyə 2 operator verin. Tək alınmır... dözə bilmirəm.Bu yazı Qarabağ zonasında 8 rayonda yerləşən yanacaqdoldurma məntəqələrində işləyən işçilərin fəryadıdır...SOCAR Petroleum Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər, Şuşa, Xankəndi, Ağdam, Hadrut rayonlarında hər məntəqəyə 1 nəfər işçi qoyub, ayda 800 manat maaş verir... Əvəzində də deyirlər, gecə də, gündüz də işlə...Bakıda necə işləyirlər... qrafik saat orda da ele olsun Onsuz da dövlət məcburi köçkünləri orda işlə təmin etmək istəyir. Goturün 2 nəfər işçi ayda 550-550 manat verin. Yoxsa alınmır. Yaxşı da alver olur... dövriyyəsi də var. Bunu niyə etmirlər, bilmirəm...***Qeyd: Adətiniz üzrə başlayacaqsınız bunu kim yazdı? Əksinə axtarın ki,belə şəraiti işçi üçün kimi yaratdı və niyə? Bir də ki,gecə gündüz içşçiyə 800 manat vermək həm Allaha, həm də bəndəyə xoş getməz. Axı həyat bumerenqdır, bunun geriyə qayıtmağı da var..."(Dia-az.info)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
yenisoz.az

1Источники