RU

Yeni seçilmiş bələdiyyə sədri öldürüldü - FOTO

Meksikada solçu "Mexico Advance" regional partiyasından Herrero ştatının Kopala bələdiyyəsinin meri seçilən Salvador Villalba Flores qətlə yetirilib.
 
Publika.az xəbər verir ki, ştat prokurorluğunun yaydığı məlumata görə, qətl sifarişlə törədilib.
 
Seçilmiş mer Mexikodan Kopalaya gedərkən silahlı şəxslər tərəfindən onun avtomobilinin qarşısı kəsilib. Naməlum şəxslər onu güllələyiblər.
 
Villalba oktyabrın 1-dən Kopala meri vəzifəsinə başlamalı idi.
 
Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin istefadakı kapitanı olan Villalba Meksika Milli Qvardiyasının himayəsində idi.
Избранный
70
12
moderator.az

10Источники