RU

Burnu qırılan Mbappenin son durumu necədir?

style='margin-bottom:10px;'>

Fransa millisinin kapitanı Kilian Mbappenin Avro-2024-ün Avstriyaya qarşı dünən keçirilən matçda (1:0) burnu qırılıb.

QOL.az xəbər verir ki, hadisə görüşün 86-cı dəqiqəsində baş verin. Mbappe avstriyalı müdafiəçi Kevin Danso ilə top uğrunda mübarizə zamanı toqquşub. 90-cı dəqiqədə o, əvəzlənib. Bu zaman Mbappenin burnunundan qan açııdığı görünüb. Forvard dərhal xəstəxanaya yerləşdirilib.

L’equipe” nəşrinin yaydığı xəbərə görə, Düsseldorf xəstəxanasındakı müayinənin ilk nəticələri nikbin olub. Mənbənin məlumatına görə, əvvəllər planlaşdırıldığı kimi Mbappe üzərində əməliyyatın aparılmamasına qərar verilib. Forvard xəstəxananı tərk edib və hətta məşqçilər korpusu müvafiq qərar verərsə, Niderlandla növbəti oyunun iştirak siyahısında yer ala bilər.

Fransa Futbol Federasiyası futbolçunun durumu ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Kilian Mbappe burnunu sındırıb.

“Fransanın kapitanına əvvəlcə tibb işçiləri və həkim Frank Le Qall kömək edib. Ona burnunun sınığı diaqnozu qoyulub. Mbappe yaxın bir neçə gündə müalicə alacaq, lakin yaxın günlərdə əməliyyat olunmayacaq. Onun üçün maska ​​hazırlanacaq ki, müalicədən sonra yarışlara qayıtmağa hazırlaşsın” - deyə məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
211
5
teleqraf.com

6Источники