RU

Belçika millisinin baş məşqçisi: Futbolçular nəticəyə görə məyusdurlar

Təbii ki, futbolçular nəticəyə görə məyus oldular.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının qrup mərhələsində Slovakiyaya uduzduqları (0:1) matçdan sonra deyib.

Mütəxəssis çoxlu qol vəziyyətləri yaratdıqlarını, lakin bunlardan istifadə edə bilmədiklərini söyləyib: "Gec-tez məğlub olacağımızı bilirdim. Təəssüf ki, bu gün baş verdi. Komandaya yaxşı oynamaq üçün az məsləhət verə bilərəm. Qol vursaydıq, qarşılaşma daha asan keçərdi".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Избранный
114
1
bakivaxti.az

4Источники