RU

Nüvə silahları ilə bağlı ŞOK HESABAT: 91 milyard xərcləndi

“Nüvə gücləri geosiyasi gərginliyin artması fonunda öz arsenallarını modernləşdirərək son beş ildə nüvə silahlarına xərclərini artırıblar”.

KONKRET.az xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın bazar ertəsi açıqladığı yeni hesabatda deyilir.

Deutsche Welle (DW) nəşri yazır ki, araşdırmada təqdim olunan rəqəmlər Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) əvvəllər dərc olunmuş hesabatında yer alan nəticələri təsdiqləyib.

ICAN-ın məlumatına görə, doqquz nüvə dövləti – ABŞ, Çin, Hindistan, Rusiya, Fransa, Böyük Britaniya, İsrail, Pakistan və Şimali Koreya – keçən il nüvə arsenallarına 91 milyard dollar xərcləyib ki, bu məbləğin yarısından çoxu – 51,5 milyard dollar – ABŞ-a aiddir. İkinci yerdə geniş fərqlə Çin (11,8 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə Rusiya (8,3 milyard) yer alıb.

Təkcə 2023-cü ildə nüvə silahı xərcləri dünya üzrə 10,8 milyard dollar artıb və bu məbləğin əsas hissəsi – 80 faiz ABŞ-ın payına düşür. Böyük Britaniyada nüvə silahına xərclər ardıcıl ikinci il artıb (+17 faiz) və keçən il 8,1 milyard dollar təşkil edib. Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreyada xərclər 2018-ci ildəki 68,2 milyard dollardan 33 faiz çox artıb.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
konkret.az

1Источники