RU

Mbappedən hədələyici sözlər: “Milli komandadan gedə bilərəm”

Fransada Milli Birlik Partiyasının Avropa Parlamenti seçkilərində dəyişiklik etməsindən sonra erkən seçki qərarı verilərkən, milli komandanın ulduzu Kilian Mbappe millidən ayrıla biləcəyinə işarə edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mbappe Fransanın kritik həddə girdiyinə işarə edib. Mbappe açıqlamasında, “Ölkəmizin tarixində çox mühüm bir anda olduğumuzu düşünürəm. Ona görə də mən bütün fransızlara və xüsusilə də gənc nəslə müraciət etmək istəyirəm. Düşünürəm ki, biz fərq yarada bilən nəsilik. Biz çox aydın görürük ki, ekstremistlər hakimiyyətin qapısındadır və bizim ölkəmizin gələcəyini seçmək imkanımız var. Ona görə də bütün gəncləri səs verməyə və vəziyyətin vacibliyini dərk etməyə çağırıram, ümid edirəm ki, səsimi mümkün qədər çox insan eşidəcək. Biz bu ölkə ilə eyniləşməliyik, tolerantlıq, müxtəliflik və hörmət kimi dəyərlərimizlə eyniləşməliyik. Mən fransızlara güvənirəm, hər bir səs önəmlidir. Həqiqətən, bizim düzgün seçim edəcəyimizə və iyulun 7-də bu formanı geyinməkdən qürur duyacaöımıza ümid edirəm” deyib. Əfsanə Rəcəb

Manşet.az

Избранный
140
manset.az

1Источники