RU

Baydenin müşaviri İsrailə gedib -YENİLƏNİB

ABŞ Prezidenti Cozef Baydenin müşaviri Amos Hokşteyn İsrail və Livanın “Hizbullah” hərəkatı arasında eskalasiyanın daha da artmasının qarşısını almaq üçün Təl-Əvivin hərbi rəhbərliyi ilə görüşməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hokşteyn İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yoav Qalantla görüşlərdə İsrail və Livan sərhədində hərbi əməliyyatların qarşısını almaq üçün səyləri gücləndirməyə çalışmaq niyyətindədir.

Hokşteyn artıq İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Qeyd olunur ki, onlar şimal sərhədində və sakinlərin evlərində təhlükəsizliyinin təcili bərpasının vacibliyini müzakirə ediblər. O, həmçinin Milli Birlik Partiyasının rəhbəri və hərbi kabinetin keçmiş üzvü Benni Qantz, İsrail müxalifətinin lideri Yair Lapidlə görüşəcək.

***

İyunun 17-də ABŞ Prezidenti Cozef Baydenin müşaviri Amos Hokşteyn İsraillə Livanın “Hizbullah” qruplaşması arasında münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailə səfər edəcək.

“İki sahil” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat verib.

Qeyd edək ki, iyunun 17-də səhər saatlarında hava hədəfi İsrail sərhədini keçib. Bundan sonra ölkənin hava hücumundan müdafiə sistemləri işə düşüb və onu zərərsizləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
1
ikisahil.az

5Источники