Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan iyulda Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə bilər.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Əgər Türkiyə Prezidenti ŞƏT-in sammitində iştirak edərsə, biz şübhəsiz ki, Rusiya və Türkiyə liderləri arasında hərtərəfli görüş keçirməyə çalışacağıq. Görüşün vaxtı uzanır, həm Moskva, həm də Ankara bunu anlayır", - Uşakov deyib.