RU

Rumıniya - Ukrayna matçının ən yaxşı oyunçusu açıqlandı

Avropa çempionatının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən Rumıniya - Ukrayna oyununun (3:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, Rumıniya seçməsinin kapitanı Nikolae Stançudur.

Matçın 29-cu dəqiqəsində baxımlı qolla hesabı açan yarımmüdafiəçi oyun ərzində ortaya qoyduğu yüksək performansla da komandasının qələbəsində böyük pay sahibi olub.

Nihat

Избранный
113
fanat.az

1Источники