RU

İslamQurban bayramında ən çox ziyarət olunan məkanlardan biri - FOTOREPORTAJ

SİZİN REKLAM BURADA!055 213 76 73

Naxçıvanda dini-mədəni inancların qorunub saxlanıldığı, möcüzəvi xüsusiyyətləri, sirli-sehrli görünüşü ilə diqqəti cəlb edən məkanlardan biri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir.

“Report” xəbər verir ki, müqəddəs Qurban bayramında insanların ən çox ziyarət etdikləri ziyarətgah Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir.

Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” məhz Naxçıvandadır.

Ümummilli Lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulub.

“Əshabi-Kəhf” ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab” yeniyetmə cavan oğlanlar, "kəhf” isə mağara, sığınacaq yeri deməkdir.

"Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.

Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.

"Əshabi-Kəhf” ziyarətgahında "Yeddi kimsənə”, "Cənnət bağı", ziyarətgahda yerləşən məscid, "Qara daş”, "Damcıxana” insanların daha çox dualar edib ziyarət etdiyi məkanlardandır.

Far.Az QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
far.az

1Источники