Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ilk hissə başa çatıb.
"Far.Az" xəbər verir ki, Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.
Nikolae Stanku 26-cı dəqiqədə fərqlənib.
17:32
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda hesab açılıb.
"Far.Az"un məlumatına görə, Rumıniyanın yığmasının heyətində Nikolae Stanku 26-cı dəqiqədə adını tabloya yazdırıb.
17:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.
"Far.Az"un məlumatına görə, I turun Rumıniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
Görüşü İsveçdən olan Qlenn Nuberq idarə edir.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.