RU

Palçıqla "bəzənən" insanlar: Bakıda qeyri-adi gölə axın başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən "Duzlu göl"ün təxminən 200-300 metrliyində "Yodlu göl" var.
Çoxları inanırlar ki, buranın yodqarışıq palçığı müalicəvi əhəmiyyətə malikdir.
Havalar isinən kimi gölün sahili şəfa tapmaq niyyətində olanlarla dolur. Adamlar bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkir, quruduqdan sonra isə yuyunurlar. Uşaqdan-böyüyə hər kəs ya özünü qara palçıqla, yodla "bəzəyir", ya ətrafdakı qumda gizlənir, ya da duzlu gölə baş vurur.
PhotoStock.Az-ın həmin ərazidən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Избранный
203
50
oxu.az

10Источники