Rusiya Prezidenti Vladimir Putinin atəşkəs təklifi ultimatumdur və ona etibar etmək olmaz.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın “Sky TG24” telekanalına müsahibəsində deyib.
Belə ki, o Putinin atəşkəs tələbləri yerinə yetirilsə belə, hərbi hücumunu dayandırmayacağını bildirib.
Həmçinin “Bunlar keçmişin mesajlarından heç bir fərqi olmayan ultimatum mesajlarıdır, ona görə də bu mesajlara etibar etməməlisiniz”.