RU

Xaçmazda "Mercedes" aşdı - ölən və yaralananlar var

Xaçmaz rayonunun Niyaz-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır yaralanıb. Qəza zamanı 65 yaşlı rayon sakini Qabil Əhmədov həlak olub. Avtomobildə olan digər şəxslər - 67 yaşlı Əkrəm Əhmədov, 65 yaşlı Rahilə Əhmədova və 64 yaşlı Mafizə Əhmədova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlara hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
90
7
milli.az

8Источники