RU

Hadisə / VideoXaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əhmədov Qabil Əzizağa oğlu hadisə yerindəcə ölüb.

Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

***14:30

Bu gün səhər saatlarında Quba-Qusar yolunda qəza baş verib.

Bu barədə hadisə şahidləri Far.Az-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, təz yolda minik maşını aşıb. Qəzada bir nəfərin öldüyü deyilir. Yaraların olduğu qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

Far.Az VİDEO

Избранный
2
50
far.az

10Источники