Bakı. Trend:
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinəzdində Meşə Təsərrüfatı İdarəsi (OGM) meşə yanğınları riskizonalarının interaktiv xəritəsini hazırlayıb.
Trend türk KİV-lərinəistinadən xəbər verir ki, xəritənin fəaliyyətinin əsasını təşkiledən süni intellekt 400-dən artıq amil, o cümlədən meteoroloqlarınproqnozları, torpağın vəziyyəti və ötən illərin hadisələri əsasındameşə massivlərindəki vəziyyətin təhlilini aparmağa imkan verir.
Meşə yanğınları riski zonalarının interaktiv xəritəsi Türkiyəninmeşə massivlərində vəziyyətin operativ monitorinqi məqsədilə2021-ci ilin genişmiqyaslı yanğınlarından sonra işlənibhazırlanıb.