RU

Xaçmazda minik avtomobili aşıb, ölən və yaralananlar var

Xaçmaz rayonunun Niyaz-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır yaralanıb. Qəza zamanı 65 yaşlı rayon sakini Qabil Əhmədov həlak olub. Avtomobildə olan digər şəxslər - 67 yaşlı Əkrəm Əhmədov, 65 yaşlı Rahilə Əhmədova və 64 yaşlı Mafizə Əhmədova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlara hazırda tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
7
apa.az

8Источники