RU

“Mersedes” dərəyə aşdı: 1 ölü, 3 yaralı

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TVReport-a istinadən xəbər verir ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Hadisə nəticəsində Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü Qabil Əzizağa oğlu Əhmədov hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri 1957-ci il təvəllüdlü Əkrəm Əhmədov, 1959-cu il təvəllüdlü Rəhilə Əhmədova və 1960-cı il təvəllüdlü Mafizə Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
120
50
buta.tv

10Источники