Çexiyanın şərqindəki Libau hərbi poliqonunda partlayış baş verib, hadisə yerində yaralananlar var.
Bu barədə Çex ordusu X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
“Biz Libau hərbi poliqonunda naməlum sursatın partladığı ciddi qəza ilə üzləşirik. Təəssüf ki, hadisə yerində ölənlər var”, - deyə məlumatda bildirilir.