RU

Sabiq deputat vəfat etdi

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Cəlilabad rayonundan olan keçmiş deputatı Mirkazım Kazımov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə mərhumun qohumları sosial şəbəkədə məlumat yayıblar.

Mirkazım Mirməhəmməd oğlu Kazimov 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirib. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləyib.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb.

1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri postunu tutub. 

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 

Mərhumun Cəlilabad rayonun Hasıllı kəndində dəfn olunacağı bildirilir.

Allah rəhmət eləsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
1
hafta.az

2Источники